
«Qarabağ» I Liqada debüt mövsümünü keçirən «Şəfa»ya yardım əli uzadıb.
Ağdam təmsilçisi aşağı liqada mübarizə aparan paytaxt klubuna geyim (forma) təminatında köməklik göstərib.
«Köhlən atlar» özlərinə aid inventarın bir hissəsini onlara göndərib. Buna səbəb «Şəfa»nın «Jako»dan sifariş etdiyi geyim dəstlərinin gecikməsidir.
Uzun müddətdir gözü yolda qalan «ağ-göylər»in dadına Qurban Qurbanov yetişib.
«Qarabağ»ın baş məşqçisi problemdən xəbər tutan kimi «Şəfa»dan olan tanışlarının narahatlığına son qoyub.
Elgiz Kərəmlinin çalışdırdığı komanda I Liqada ilk sezonuna uğurlu start verib. Çempionatın ilk 4 həftəsində maksimum xal toplayaraq, turnir cədvəlinə başçılıq edirlər.
SPORTİNFO.AZ