"Qarabağ" - "Çelsi" oyunu “Tofiq Bəhramov”da keçirilməyəcək?

11:20 Qarabağ 371
"Qarabağ" - "Çelsi" oyunu “Tofiq Bəhramov”da keçirilməyəcək?

Çempionlar Liqasının Liqa mərhələsində çıxış edən "Qarabağ"ın "Çelsi" ilə qarşılaşmasını Bakı Olimpiya Stadionunda (BOS) keçirməyi planlaşdırdığı barədə iddialar yayılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Ağdam klubunun mətbuat katibi Anar Hacıyev isə bildirib ki, iddialar əsassızdır. "Oyunlar Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək" - deyə, o, vurğulayıb.

"Qarabağ" daha əvvəl avropakuboklarında bəzi matçlarını Bakı Olimpiya Stadionunda keçirib.

Məsələn, Çempionlar Liqasına ilk dəfə 2017-ci ildə vəsiqə qazanan “köhlən atlar” həmin vaxt qrupdakı ev oyunlarını BOS-da qəbul edib.

Digər Xəbərlər
Xəbər Lenti