
"Qurban Qurbanovun yanında Elçin Rəhmanov fenomeni var".
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, "Sportinfo TV"də yayımlanan verlişdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan və onun əsas köməkçisi Elçin Rəhmanovdan danışıb.
Bildirib ki, Qurbanov vaxtilə "Neftçi"dən tanıdığı şəxsi illər öncə "Qarabağ"a gətirməklə ən düzgün addımlarından birini atıb.
Rəhmanovun savadlı kadr kimi yetişdiyini söyləyən tanınmış teleşəhrçi qeyd edib ki, Ağdam klubunun hər il həm ölkə, həm də Avropa miqyasında uğur qazanması məşqçi korpusunun işini düzgün qurmasıyla əlaqədardır.
Çünki sözügedən mütəxəssis pozitiv və özünü rahat hiss etdiyi şəxslərlə çiyin-çiyinə çalışmaqdan xoşlanır.
Abbasov deyib ki, Qurbanovu Premyer Liqa yetişdirməyib. Ekspertin fikrincə, o, avrokuboklarda qazandığı böyük təcrübə sayəsində məşqçi kimi boyüyüb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN