Özü haqda danışmaq istəmədi: “Səhvlərimiz barədə bizə məlumat verəcək”

7 Oktyabr 2025 08:40 Qarabağ 1 083
Özü haqda danışmaq istəmədi: “Səhvlərimiz barədə bizə məlumat verəcək”

“Qarabağ”ın ukraynalı futbolçusu Aleksey Kaşuk Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda evdə Danimarka “Kopenhagen”inə qalib gəldikləri (2:0) oyundan söz açıb.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı vinger öz oyunu haqqında o qədər də danışmaq istəməyib:

“Ümumiyyətlə, komandanın son iki matçdakı performansı çox yüksək səviyyədədir.

Biz bunun üçün çalışırıq, məşq edirik. Komandada hər şey alınırsa, bizdə də alınır.”

Kaşuk Liqa mərhələsindəki növbəti matçlara da ciddi hazırlaşacaqlarını vurğulayıb:

“Oyundan-oyuna bizdən gözləntilər daha da artır. İlk qələbədən sonra da belə idi.

Təbii ki, hələ çempionat matçımız var. Məşqçilər heyəti səhvlərimiz barədə bizə məlumat verəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti