Azərbaycan komandası bir nominasiyada ÇL-də önə çıxdı

7 Oktyabr 2025 01:50 Qarabağ 1 660
Azərbaycan komandası bir nominasiyada ÇL-də önə çıxdı

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk iki oyununda rəqiblərdən top almağa görə ön sıralarda qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu nominasiyada dördüncü pillədə yer alıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv iki matçda 87 dəfə buna müvəffəq olub.

Belçikadan "Yunion" (115) birinci, İngiltərədən "Nyukasl" (97) ikinci, İspaniya təmsilçisi "Atletik" (97) isə üçüncüdür.

"Qarabağ" I turda "Benfika"nı Portuqaliyada 3:2, II turda "Kopenhagen"i Bakıda 2:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO