Danimarka KİV-i “Qarabağ”ın “Kopenhagen” üzərində qələbəsindən nə yazdı?

00:30 Qarabağ 257
Danimarka KİV-i “Qarabağ”ın “Kopenhagen” üzərində qələbəsindən nə yazdı?

Danimarkalı jurnalistlər Bakıda keçirilən oyunun ilk hissəsində komandalarının zəif çıxışını və “Qarabağ”ın üstünlüyü barədə paylaşıblar ediblər.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ”ın “Kopenhagen” üzərində (2:0) qələbəsindən sonra Danimarka mətbuatı yekdil fikirdədir: meydan sahibləri xalları tam haqqı ilə qazandılar.

“Qarabağ” ilk hissədə fürsətlərdən maksimum yararlandı, fasilədən sonra isə danimarkalıların düzgün dəyərləndirmədikləri anları qolla taclandırdı.

Bold.dk saytı məğlubiyyəti “Bakıda uğursuzluq” kimi dəyərləndirərək yazıb ki, “Kopenhagen” ilk 45 dəqiqədə zəif təsir bağışladı, Ueskasın erkən zədəsi və meydan sahiblərinin ardıcıl yaratdığı təhlükəli epizodlar oyunun taleyinə ciddi təsir göstərdi.

Danimarkalı jurnalistlərin qeyd etdiyinə görə, ikinci hissədə oyunu bir qədər yaxşılaşdırmalarına baxmayaraq, nəticəni dəyişə bilmədilər. “Qarabağ” isə üstünlüyünü Addainin qolu ilə möhkəmləndirdi.

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!
6 Oktyabr 07:10 Xəzərdə zəlzələ oldu