“Qarabağ”la vidalaşan əcnəbi: “Xeyli səhvlər oldu, hər şey istədiyim kimi getmir”

00:50 Qarabağ 137
“Qarabağ”la vidalaşan əcnəbi: “Xeyli səhvlər oldu, hər şey istədiyim kimi getmir”

“Yəqin ki, bu, mənim ən uğursuz mövsümlərimdən biridir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq qapıçısı, hazırda Moskva “Dinamo”sunun şərəfini qoruyan Andrey Lunyov deyib.

O, özünün bu mövsüm Rusiya Premyer Liqasında geridə qalan 11 turdakı oyununu “RB Sport” saytına şərh edərkən həmçinin deyib:

“Xeyli səhvlər, qeyri-dəqiqliklər oldu. Hər şey istədiyim kimi getmir”.

“Dinamo”ya qədər hazırda Çempionlar Liqasında səs salan “Qarabağ”da oynayırdınız. Onların oyununu necə qiymətləndirirsiniz?” sualına cavab olaraq Lunyov deyib:

“Tam gözlənilən nəticədir. Afərin onlara. Öz oyun fəlsəfələrindən dönmürlər və bu da nəticə verir”.

Andrey Lunyov 2023/24 mövsümündə “Qarabağ”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!
6 Oktyabr 07:10 Xəzərdə zəlzələ oldu