Qurban Qurbanov futbolçularını o ki var sevindirdi!

6 Oktyabr 19:40 Qarabağ 15 814
Qurban Qurbanov futbolçularını o ki var sevindirdi!

“Kəpəz” lə oyunda 1:0 hesablı qələbəyə sevinən “Qarabağ”lılar istirahətə çəkilib.

Sıx qrafiki və yorğunluğu nəzərə alan baş məşqçisi Qurban Qurbanov komanda üzvlərinə dörd gün dincəlmək imkanı yaradıb.

Bu, milli komandaların oyunları ilə bağlı Premyer Liqada yaranan iki həftəlik fasilə ilə bağlıdır.

“Köhlən atlar” oktyabrın 9-da bazada bir araya gəlib, “Turan Tovuz”la oyuna hazırlaşacaq.

Fasilə müddətində hansısa rəqiblə yoldaşlıq görüşünün nəzərdə tutulmadığını da diqqətə çatdıraq.

Oktyabrın 19-da “Azersun Arena”da “Turan Tovuz”la baş tutacaq matçın start fiti saat 19:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!