"Çempionlar Liqasında ən yaxşı seçilən ilk azərbaycanlıyam”

6 Oktyabr 03:20 Qarabağ 354
"Çempionlar Liqasında ən yaxşı seçilən ilk azərbaycanlıyam”

"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen" ilə matçın ən yaxşısı seçildiyi üçün qürur duyur.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı cinah oyunçusu çox xoşbəxt olduğunu söyləyib:

"Çempionlar Liqasında qarşılaşmanın ən yaxşısı seçilən ilk azərbaycanlı futbolçuyam. Bunun üçün çox qürurluyam.

Bütün komanda yoldaşlarıma, məşqçilərimə təşəkkür edirəm. Onların da əziyyəti var".

E.Cəfərquliyev II turda "Kopenhagen"lə görüşün çox çətin keçdiyini söyləyib:
"Belə olacağını bilirdik. Öz azarkeşlərimizin önündə qalibiyyət əldə etdik. Bunun üçün ayrı sevincliyəm.

Həm də Azərbaycanda ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində qələbə qazandıq. Bu da tarixdir. Hər kəsi təbrik edirəm".

"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"i 2 cavabsız qolla üstələyib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 17:10 Çək və bizə göndər!
11 Noyabr 12:00 Vinisius satılacaqmı?
11 Noyabr 08:20 Cavidin “yem”i - VİDEO