
“Qarabağ”ın hücumçusu Emmanuel Addai UEFA Çempionlar Liqasında unikal göstəriciyə imza atıb.
Sportinfo.az xəbər verir ki, o, buna Liqa mərhələsinin 2-ci turunda “Kopenhagen”lə oyunda qol vuraraq nail olub.
Matçın 70-ci dəqiqəsində meydana daxil olan 24 yaşlı oyunçu 83-cü dəqiqədə komandasının ikinci qolunun müəllifi olub.
Bununla Addai 2025-26 mövsümündə Çempionlar Liqasında qol vuran ilk qanalı futbolçu olub.
Afrika ölkəsinin buna qədər turnirdə fərqlənən sonuncu oyunçusu Mohammed Salisu olmuşdu. O
, düz bir il əvvəl – 2024-cü ilin oktyabrında “Monako”nun heyətində Zaqreb “Dinamo”su ilə görüşdə adını tabloya yazdırmışdı.
Cari mövsüm klubların heyətində Çempionlar Liqasında ümumilikdə 7 qanalı futbolçu çıxış edir.