“Qarabağ”ın direktoru: “Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq”

01:50 Qarabağ 119
“Qarabağ”ın direktoru: “Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq”

“Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.

“Qarabağ”ın hər bir üzvü bu məsuliyyəti dərk edir və anlayır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri teleqraf-a açıqlamasında Ağdam Klubunun direktoru Emrah Çelikel Çempionlar Liqasının II turunda Danimarka təmsilçisi “Kopenhagen” üzərində qazanılan qələbə (2:0) barədə danışarkən deyib.

Klub rəsmisi komandanın hazırda 36 komanda arasında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşmasından qürur duyduğunu bildirib, bu uğurun davamlı olacağına inandığını vurğulayıb:

“Böyük qürur hissi keçirdim. “Qarabağ” bu gün Avropanın ən nəhəng 6 komandası arasındadır.

Bu, həqiqətən çox qürurverici mənzərədir. Eyni zamanda böyük məsuliyyətdir. İnanırıq ki, bu il hər şey daha yaxşı olacaq”.

Qurban Qurbanovun kollektivi Çempionlar Liqasının III turunda İspaniyada “Atletik Bilbao” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 17:50 Çək və bizə göndər!