“Qarabağ”a görə məşhur kanalı günahlandırdı: "Bu nə hörmətsizlikdir?" - VİDEO

4 Oktyabr 2025 12:40 Qarabağ 1 076
“Qarabağ”a görə məşhur kanalı günahlandırdı: "Bu nə hörmətsizlikdir?" - VİDEO

Türkiyəli “yutuber” Onur Naci Öztürkler “Qarabağ"- "Kopenhagen" oyunu (2:0) ilə bağlı TRT-nin əməkdaşlarını sərt tənqid edib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə sosial media hesabında video çəkərək paylaşım edib.

Belə ki, yutuber Qarabağın oyununu şərh edən TRT kanalının şərhçilərini oyunu zəif şərh etdikləri üçün tənqid edib:

"Azərbaycanda "Qalatasaray"ın, "Beşiktaş"ın oyunları yayımlanan zaman spikerlər bizim klublarımız qol buraxanda pis olur, rəqib komandanın hücumunu sakit şəkildə şərh edirlər.

Bizim qollarımıza isə öz qolları qədər sevinirlər. Amma "Benfika" "Qarabağ"a qol vuranda bizim spikerlər qışqıraraq, həyəcanlanaraq şərh etdilər.

"Kopenhagen"in hücumunu həyəcanla şərh edirlər.

O insanların ölkələrində sizin klubların oyunlarını şərh etməsinə baxmısınız? Bu nə hörmətsizlikdir?".

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO