"Qarabağ"ın qol xəbərinə Aygün Kazımova necə REAKSİYA VERDİ? - VİDEO

09:40 Qarabağ 398
"Qarabağ"ın qol xəbərinə Aygün Kazımova necə REAKSİYA VERDİ? - VİDEO

Xalq artisti Aygün Kazımova «Qarabağ»ın «Kopenhagen» üzərində qələbəsinə biganə qalmayıb.

Bu hadisə onun musiqili proqramlarından birində yaşanıb.

Səhnədə yer alan divaya izləyicilər Ağdam klubunun Danimarka təmsilçisinə qol vurması barədə xəbər verib. Şou-tədbir iştirakçılarının sevinməsini görən estrada ulduzu onlara qoşulub.

Məşhur sənətçi daha sonra «indi də məni alqışlayın» deyərək, məclis əhlini əyləndirib.

«Köhlən atlar» Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda qələbə qazanıb. Komanda «Benfika»nın ardınca, «Kopenhagen»ə də üstün gəlib.

Bakıda keçirilən bu matç 2:0 hesabıyla başa çatıb. Abdulla Zubir və Emmanuel Addai hərəyə bir dəfə fərqlənib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!