“Qarabağ” “Nyukasl” və “Atletik”lə rəqabətə girişdi

01:20 Qarabağ 206
“Qarabağ” “Nyukasl” və “Atletik”lə rəqabətə girişdi

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin ilk iki oyununda rəqiblərdən top almağa görə ön sıralarda qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu nominasiyada 4-cü pillədə yer alıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda iki matçda 87 dəfə buna müvəffəq olub.

Belçikanın “Yunion” klubu (115) birinci, İngiltərənin “Nyukasl” (97) kollektivi ikinci, İspaniya təmsilçisi “Atletik” (97) isə üçüncüdür.

“Qarabağ” I turda “Benfika”nı Portuqaliyada 3:2, II turda “Kopenhagen”i Bakıda 2:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 17:30 Çək və bizə göndər!
3 Oktyabr 09:00 Bu yer yenə bizimdir!