
Rusiyalı mütəxəssis Rinat Bilyaletdinov “Qarabağ”ın Çempionlar Liqasının ilk iki matçında qalib gəlməsi ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, “news.ru” saytına açıqlama verən Bilyaletdinov Ağdam klubunun uzun illərdir uğurlu nəticələr qazanmasından danışıb:
“Qarabağ” illərdir ki, cəhdlər edir və bəzən uğur qazanır. Onlar “Bayer”i (Leverkuzen) məğlub etdilər (əslində, “Qarabağ” bir oyunda heç-heçə etmiş və digərində məğlub olmuşdu) və “Atletiko”dan xal aldılar.
Sabit və uğurlu olmaq üçün üç-dörd il kifayət deyil. Birincisi, ölkə daxilində ictimai rəy müəyyən etməlidir ki, bu uğurlar ciddi və uzunmüddətlidir.
İkincisi, əcnəbi oyunçular vasitəsilə əldə edilən istənilən uğur daimi deyil. Öz oyunçularına güvənməlidirlər. Pul hər şeyi məhv edə bilər”.
68 yaşlı mütəxəssis “Rubin”, “SKA-Xabarovsk”, “Ximki” kimi klublarda çalışıb.