"Səhərədək yata bilmədim, “Qarabağ"ın qələbəsi şeir deyilmi?” - VİDEO

15:00 Qarabağ 153
"Səhərədək yata bilmədim, “Qarabağ"ın qələbəsi şeir deyilmi?” - VİDEO

"Qarabağ"ın qələbəsi şeir deyilmi?”.

Bu sözlər ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, Ağdam klubunun Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Benfika“ üzərində 3:2 hesablı qələbəsini ədəbi dildə vəsf edib.

Tanınmış teleaparıcı “köhlən atlar“ın dillərdə dastan olan bu qalibiyyətinə görə səhərədək yata bilmədiyini dilə gətirib.

Rzayev söyləyib ki, indiyədək “Qarabağ“ın heç bir futbolçusu qitənin ən mötəbər yarışının əsas mərhələsində forma geyinmək şansı yaxalamayıb və bu, onlar üçün göydəndüşmə fürsətdir:

“Mən çox sevinirəm ki, Azərbaycanda belə bir klub var. Hamımız “Qarabağ“la qürur duymalıyıq.

Doğrudan da, bu, inanılmazdır. “Qarabağ“ zövq verir“.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti