Qurban Qurbanov 16 il sonra “Qarabağ”dan getmək istəyir?

25 Mart 2024 03:40 Qarabağ 10 274
Qurban Qurbanov 16 il sonra “Qarabağ”dan getmək istəyir?

"Beşiktaş" klubu Qurban Qurbanovla maraqlanır.

Sportinfo.az xəbər verir ki, bu barədə "Fotospor" portalı məlumat yayıb.

Bildirilir ki, İstanbul klununun futbol direktoru Samet Aybaba Leverkuzendə keçirilən Avropa Liqasının "Bayer" - "Qarabağ" matçını izləyib.

O, "Qarabağ"da Abdullah Zubir və Juninyonu bəyənib. Üstəlik baş məşqçi Qurban Qurbanovun oyun stili Samet Aybabanın diqqətini çəkib.

İddia olunur ki, 2008-ci ildən "Qarabağ"ı çalışdıran Qurban Qurbanov 16 il sonra komandadan ayrılmağı və karyerasını Super Liqada davam etdirməyi planlayır.

O da qeyd edilir ki, hazırkı çalışdırıcı Fernandu Santuşdan sonra "Beşiktaş"ın baş məşqçisi postuna ən layiqli namizəd Qurban Qurbanov hesab olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti