COP29

“Qarabağ”ın müdafiəçisi: “Heç vaxt inanmazdım ki…”

29 May 23:20 Qarabağ 350
“Qarabağ”ın müdafiəçisi: “Heç vaxt inanmazdım ki…”

“İnanılmaz hisslər keçirirəm.

Heç vaxt inanmazdım ki, 10 qat ölkə çempionu olacam”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov deyib.

Ağdam klubunun çempionluğunu şərh edən arxa xətt oyunçusu “Qarabağ”ın tarixinin bir parçası olmaqdan qürur duyduğunu bildirib:

“Hər çempionluq daha qiymətli olur. Xüsusən də sən karyeranın sonuna yaxınlaşırsansa.

Çünki düşünürsən ki, bu, sənin üçün sonuncu çempionluq ola bilər. “Qarabağ”ın, bu tarixin bir hissəsi olmaqdan qürur duyuram.

Dayanmaq istəmirəm. Hələ də özümdə güc hiss edirəm. Bu mövsüm biz sübut etdik ki, böyük klublara qarşı oynaya bilərik.

Daha da inkişaf etmək, gələcəkdə azarkeşlərimizi daha da çox sevindirmək istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!