"Qarabağ"ın 500 min dollarlıq transferindən XOŞ XƏBƏR

25 Mart 17:45 Qarabağ 14 075
"Qarabağ"ın 500 min dollarlıq transferindən XOŞ XƏBƏR

“FIFA series – Edition 2024” çərçivəsində Monqolustan və Bolqarıstan yığmaları ilə oyunlar üçün Azərbaycan millisinə dəvət olunan heyətdə Aleksey İsayev də yer almışdı.

Amma Monqolustanla oyun öncəsi məlum oldu ki, "Qarabağ"ın yarımmüdafiəçisi heyətdən çıxarılıb.

Millinin müvəqqəti baş məşqçisi Arif Əsədov qərarını belə əsaslandırmışdı: "Təəssüf ki, Aleksey İsayevin zədəsi ciddi olduğu üçün düşərgədən ayrıldı. Tez bir zamanda onun əməliyyata ehtiyacı var".

Alekseyin son durumu öyrənmək üçün klubla əlaqə saxladıq.

Əldə etdiyimiz məlumata görə, orta sahə oyunçusu ilə bağlı narahatlığa əsas yoxdur.

Yayda "Sabah"ı "atlılar"a dəyişən futbolçu məşqlərə start verib.

O, hazırlığını kollektivlə birgə davam etdirir.

Xatırladaq ki, Aleksey İsayev qış fasiləsində 500 min dollar qarşılığında "Sabah"ı "Qarabağ"a dəyişib.

Milli komandamızın üzvü ilə 3 illik müqavilə imzalanıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!