Görəsən, “Qarabağ”ın sevilən hücumçusuna nə olub? - 1 aydan artıqdır...

24 Mart 21:15 Qarabağ 10 759
Görəsən, “Qarabağ”ın sevilən hücumçusuna nə olub? - 1 aydan artıqdır...

Premyer Liqada avrokuboklara vəsiqə verən yerlər uğrunda amansız mübarizəyə şahidlik etsək də, eyni sözləri bombardirlik yarışı haqda demək mümkün deyil.

Hazırda ölkənin ən üzdə olan futbolçularından sayılan Juninyo 15 qolla taxtda əyləşib.

“Səbail”li Aleksandr Ramalinqom 11 qolla ikincidir. “Araz-Naxçıvan”lı Orxan Əliyevlə “köhlən atlar”ın üzvü Yassin Benzianın aktivində 9 top var.

Təəccüblü məqam bombardirlərin 2024-cü ildə mövsümün ilk yarısındakı fəallığı göstərə bilməməsidir. Bu mənada Juninyo passivliyi ilə seçilir.

Avqustdan dekabra qədər rəqib qapılarına 13 dəfə yol tapan braziliyalı forvard üçüncü dövrədə cəmi 2 qolla yadda qalıb. Yanvarın 26-də “Kəpəz”in, fevralın 11-də “Sabah”ın qapıçılarını məyus edib.

Yanvardan bu yana avrokuboklarda 3, Azərbaycan kubokunda 2 top vuran “18 nömrə” Premyer Liqada 1 aydan artıqdır qolun nə olduğunu bilmir. Bu müddətdə 4 oyunda forma şansı qazanıb və 100 dəqiqə meydanda olub. Lakin heç bir halda rəqib qapılarının torunu silkələyə bilməyib.

Maraqlıdır ki, Ramalinqom əlinə düşən bu cür imkandan yararlana bilmir. Juninyo 2024-cü ildə çempionatda cəmi 2 qola sevindiyi halıda, fransız hücumçuda bu göstərici 4-dür.

“Qarabağ”ın avrokubok mübarizəsini dayandırmasından sonra Qurban Qurbanovun əsas heyətdə daha çox əsas qol silahına güvənəcəyini ehtimal etmək olar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti