COP29

“Juninyonun özü tərəfindən bizə...” – “Qarabağ”ın direktoru

24 Mart 11:50 Qarabağ 4 984
“Juninyonun özü tərəfindən bizə...” – “Qarabağ”ın direktoru

“Qarabağ”ın direktoru Emrah Çelikel “Beşiktaş”ın Ağdam təmsilçisinin futbolçusu Olavio Juninyonu transfer etmək üçün danışıqlara başladığı barədə xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, qol.az-a açıqlamasında kluba bu haqda rəsmi müraciət edilmədiyini söyləyib:

“Bizdə bununla bağlı heç bir məlumat yoxdur. Ola bilər ki, menecerlər vasitəsi ilə danışıqlar gedir.

Amma kluba rəsmi və ya qeyri-rəsmi müraciət daxil olmayıb. Nə menecerlər, nə də Juninyonun özü tərəfindən bizə müraciət olunmayıb.

Düzdür, bu haqda xəbərləri biz də oxuyuruq. Lakin belə bir müraciət edilməyib”.

Daha əvvəl “Qarabağ”ın Juninyoya görə “Beşiktaş”dan 8 milyon avro istədiyi, qarşı tərəfin danışıqlara hazır olduğu bildirilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq