COP29

Uzun illər sonra yığmaya qayıdan "Qarabağ"lı qol vurdu - VİDEO

24 Mart 01:00 Qarabağ 792
Uzun illər sonra yığmaya qayıdan "Qarabağ"lı qol vurdu - VİDEO

Əlcəzair millisi "FİFA series - Edition 2024” layihəsi çərçivəsində evdə Boliviya ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, matçda Əlcəzair millisi 3:2 hesablı qələbə qazanıb.

"Qarabağ"ın legioneri Yassin Benzia da Əlcəzair millisinin heyətində bu görüşdə iştirak edib. 5,5 ildən sonra ilk dəfə yığmaya dəvət alan 29 yaşlı yarımmüdafiəçi 2-ci hissədə meydana daxil olub.

O, 79-cu dəqiqədə komandasının 2-ci qolunu vuraraq hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə Əlcəzair qələbə qolunu rəqib qapısından keçirib.

Qeyd edək ki, Yassin Benzia 5 il yarım sonra Əlcəzair millisinə çağırılıb.

Əlcəzair - Boliviya 3:2

Qollar: Amin Juri, 43. Yassin Benzia, 79. Mandi, 90+4 - Əlqaramaz Anez, 47. Saqredo, 70.

Benzianın qoluna videonun 7:20-ci dəqiqəsindən etibarən baxa bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq