COP29

Qurban Qurbanov bizdə elə bir güvən yaradıb ki...

23 Mart 23:45 Qarabağ 1 070
Qurban Qurbanov bizdə elə bir güvən yaradıb ki...

“Bayer” – “Qarabağ”
1-2
3-2

+ 2 qol ingilis hakimin “Bayer”ə hədiyyəsi (90+3 və 90+8-ci dəqiqələrdə)

“Qarabağ”a Avropa mövsümündə bizlərə bəxş etdiyi emosiyalara, inama və güvənə görə hədsiz dərəcədə minnətdarıq.

Futbolda belə bir anlayış var: istənilən komanda meydana qələbə üçün çıxır. Ancaq əksər hallarda milli çempionatın səviyyəsi çox şeyi həll edir.

Əgər hər üç Avropa turnirində ¼-ə çıxan 24 komandanın adlarına nəzər salsaq, görərik ki, onlar 100-130 illik futbol ənənəsi olan böyük ölkələrin komandalarıdır.

Hər şeyi müddət, zaman və özünəgüvənlik inkişaf etdirir, yetişdirir

Mənim məqsədim bu ölkələrin futbolunu tərifləmək deyil. Demək istəyirəm ki, Qurban Qurbanov bizdə belə bir güvən yaradıb.

“Qarabağ” gücündən, maliyyəsindən, heyətindəki bahalı ulduzlara baxmayaraq, biz istənilən pəqibə galib gələ bilərik.

Beləliklə, Qurbanov futbolçularına inanır, futbolçuları istənilən böyük komandaya galib gələcəklərinə hazırlayır və inandırır.

Komanda da Qurban bəyə inanır.

Biz də “Qarabağ”a inanırıq, yeni-yeni möhtəşəm qələbələrin olacağına şübhə etmirik və gözləyirik.

Sağ ol, “QARABAĞ”!

Nizami Qadmalıyev
“Sportinfo”nun poçt qutusundan

Digər Xəbərlər
Xəbər Lenti