COP29

"Qarabağ" Azərbaycanda təzyiqlə üzləşmir, ona görə də problem yaşayır” - VİDEO

23 Mart 20:11 Qarabağ 538
"Qarabağ" Azərbaycanda təzyiqlə üzləşmir, ona görə də problem yaşayır” - VİDEO

“Qarabağ” Azərbaycan çempionatında təzyiqlə üzləşmir“.

Bu sözlər teleaparıcı Ceyhun Rzayevə məxsusdur.

O, ATV kanalında yayımlanan “Futbolumuz“ verlişində Ağdam klubunun Avropa Liqası ilə 1/8 final mərhələsində vidalaşmasının təsadüfi olmadığını bildirib.

Tanınmış televiziya adamı qeyd edib ki, “köhlən atlılar“ burada “Bayer“in onlara təklif elədiyi sürət və təzyiqə dözməyib:

“Mən keçən dəfə İngiltərə çempionatında “Liverpul“la “Mançester Siti“nin oyununa baxdım. Bu iki komanda belə, bir-birinə 90 dəqiqə pressinq tətbiq eləmədi.

Amma “Bayer“… Avropada əvvəldən-axıra kimi pressinqdən əl çəkməyən ikinci komanda tanımıram. “Qarabağ“ Avropada bura qədər gəlib çıxmaqla, həqiqətən boyundan yuxarı tullandı“.

“Qarabağ”ı iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesabı ilə məğlub edən “Bayer” turnirin 1/4 final mərhələsinə yüksəlib. Almaniya nəhəngi bu raunda İngiltərədən “Vest Hem“lə üz-üzə gələcək.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq