COP29

“Bavariya” Qurban Qurbanova təklif göndərməz, çünki…“

23 Mart 19:00 Qarabağ 4 699
“Bavariya” Qurban Qurbanova təklif göndərməz, çünki…“

Tanınmış jurnalist Natiq Muxtarlı «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov haqda status paylaşıb.

Uzun illər saytımızda çalışmış yazar onun Avropaya səs salan nəticələr qazandığını bildirib.

Qeyd edib ki, o, azərbaycanlı olmasaydı, qitənin tanınmış klublarından təkliflər alardı:

“Qarabağ”ın baş məşqçisi olmayaydı Qurban Qurbanov, olaydı bir portuqal, ispan və ya serb, ya da rumın.

İndi “Bavariya” Alonsoya yox, ona təklif göndərərdi. Amma Qurbana göndərməz lər.

Niyə? Çünki şovinizm hiss qəbul etmir bunu: Hansısa Azərbaycandan olan azərbaycanlı belə komandanı necə yaradıb?

Alonso istedadlı məşqçisidir. Bu “Bayer”i 500 milyon avroya formalaşdırıb.

Bu “Bayer”lə başabaş mübarizə aparan “Qarabağ”ı isə azərbaycanlı Qurban Qurbanov cəmisi 30 milyona “yığıb”. Manata e!”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti