COP29

Qurban Qurbanov İspaniya klubuna getsin, yoxsa “Qarabağ”da qalsın? - VİDEO

22 Mart 23:45 Qarabağ 7 648
Qurban Qurbanov İspaniya klubuna getsin, yoxsa “Qarabağ”da qalsın? - VİDEO

«Qurban Qurbanova Avropadan sanballı təklif gəlsə, bəlkə də onu dəyərləndirməyin zamanı çatar».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində son vaxtlar «Qarabağ»ın baş məşqçisinə gələn dəvətlər aldığı haqda danışıb.

Tanınmış teleşərhçi adı Türkiyə, Almaniya, İtaliya klubları ilə yanaşı hallanan təcrübəli mütəxəssisin Azərbaycandan getməsini mümkün sayıb:

«Mövsümün sonunda belə bir sual ortaya çıxa bilər - Qurban Qurbanov getsinmi, qalsınmı? Bu, bir dilemmadır.

Məncə, Türkiyədən aldığı təklifi dəyərləndirməsə yaxşıdır. İspaniyanın ortabab klubundan dəvət gələrsə, bu çağırışı qiymətləndirməsi normal olar.

Bilirsiz, bu gün onu tərifləyən futbol ictimaiyyətinin nümayəndələrinin 50 faizi 1 il əvvələ kimi onu «baltalayanlardır».

«Qarabağ» hansısa uğursuz oyun keçirsə, yenə onu «baltalayacaqlar». Belə vəziyyətdə həmişə yaxşı nətcələr qazanmaq çətindir».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq