COP29

“Qarabağ”dan: “Nə qədər favorit komanda olsan da...”

22 Mart 22:55 Qarabağ 1 015
“Qarabağ”dan: “Nə qədər favorit komanda olsan da...”

“Bu cür ağır oyundan qələbə ilə ayrılmaq xoşdur.

Çətinliklə də olsa, bunu bacardıq”.

“Qarabağ”ın fransalı legioneri Adama Diakabi Sportinfo.az-a açıqlamasında komandasının “Turan Tovuz”la qarşılaşmasını şərh edib.

Matça üstün başlayan meydan sahibləri ilk hissədə penalti qolu ilə istəyinə çatdı. Lakin fasilədən sonra təzyiqi artıran və “ağır artilyeriya”nı işə salan “köhlən atlar” 3 qol vurmağı bacardı.

Sabiq “Monako”lu vinger qazanılan qələbədə iki mühüm amilin rol oynadığını bildirib:

“Son həftələrdəki çətin oyunlardan və səfərlərdən sonra komandada yorğunluq var idi. Üstəlik, alışmadığımız süni örtükdə oynamağımız da müəyyən çətinlik yaradırdı.

İstənilən halda bizi nələrin gözlədiyini bilirdik. Nə qədər favorit komanda olsan da, bəzən nəzarəti 90 dəqiqə əlində saxlaya bilmirsən. İlk hissədə rəqib təzyiq göstərərək qol vurdu, hətta başqa şansları da oldu.

Açığı, bunu öncədən təxmin etmişdik. Bilirdik ki, pressinq edəcəklər.

Bu cür anlarda ilk olaraq soyuqqanlı davranmalı, daha sonra təcrübədən istifadə etməlisən.

İkinci yarıda oyunu nəzarətə almaqla hədəfimizə çatdıq”.

“Qarabağ” 27 turdan sonra topladığı 66 xalla turnir cədvəlinə başçılıq edir. 28-ci turda “Kəpəz”i məğlub etsələr, “köhlən atlar” finişə 8 tur qalmış çempionluğu bayram edəcəklər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq