COP29

“Belə məsləhət idi” - “Qarabağ”da hər kəsi maraqlandıran suala özü cavab verdi

21 Mart 22:30 Qarabağ 5 915
“Belə məsləhət idi” - “Qarabağ”da hər kəsi maraqlandıran suala özü cavab verdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Adama Diakabinin xidmətinə ehtiyac duymadı.

Ötən ilin yanvarında komandaya cəlb olunan, 2022-23 mövsümünün ikinci yarısında meydana çıxdığı 10 oyunda heç nə ilə yadda qalmayan fransız vinger yayda avrokubokların təsnifat mərhələsində sınaq şansı qazandı.

“Linkoln”, “Rakuv”, “Olimpiya” kimi rəqiblərlə 4 oyunda 100 dəqiqə forma geyinən Adama bu dəfə də adından söz etdirə bilmədi.

Nəticədə Qurbanov Avropa Liqasının qrup mərhələsində, pley-offda, hətta 1/8 finalda “Monako”nun və Fransa U-21-nin sabiq üzvünün köməyinə ehtiyac duymadı.

Halbuki, Diakabi daxili yarışlarda rəqib qapıçılar üçün təhlükəli simaya çevrilməyi bacarmışdı.

Çempionatda 10, ölkə kubokunda meydana çıxdığı 2 görüşdə aktivinə 7 qol və 1 məhsuldar ötürmə yazdırmışdı. Amma bu, baş məşqçinin ürəyinə yol tapmağa kifayət etmədi.

Diakabi Sportinfo.az-a açıqlamasında məlum mövzuya münasibət bildirib:

“Adımın iştirak ərizəsinə salınmaması baş məşqçinin qərarı idi ki, mən də buna hörmətlə yanaşdım. Ən yaxşısını baş məşqçi bilir.

Demək, belə məsləhət imiş. Açığı, səbəbini soruşmamışam və buna gərək duymamışam.

Buna görə əsəbləşmədim, yaxud narahat olmadım. Məşq edir, şans verilən təqdirdə, “Qarabağ”a kömək etməyə çalışırdım.

İstər çempionatda olsun, istərsə də kubokda. “Bayer” səddinin keçilməməsinə görə ən çox üzülənlərdən oldum. Etiraf edim ki, oyunumuz və mübarizliyimizlə mərhələni adlamağı haqq etmişdik”.

27 yaşlı futbolçu “köhlən atlar”ın heyətində meydana çıxdığı 25 oyunda 7 qol və 1 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq