"Qarabağ"ın daha bir şad günü – Başqa ölkədən VİDEO

24 Mart 18:35 Qarabağ 2 210
"Qarabağ"ın daha bir şad günü – Başqa ölkədən VİDEO

“Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirinin qalibi olub.

Asif Əlizadənin baş məşqçisi olduğu komanda bu gün keçirdiyi hər iki matçda qələbə qazanmaqla yarışın çempionu adına yiyələnib.

“Qarabağ” yarımfinalda “Pskov”a 1:0 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisi həlledici qarşılaşmada BATE ilə görüşüb.

“Qarabağ” bu görüşdə də bir cavabsız qolla qələbə qazanıb. Bununla da "Qarabağ" beynəlxalq turnirin qalibi olub.

U-14 qrup mərhələsində Rusiya təmsilçiləri “Lavina”ya 6:0, “Rotor”a 2:0 hesabı ilə qalib gəlib, ardınca Belarus BATE-si ilə görüşdən xalsız ayrılıb – 0:1.

XANOĞLAN / SPORTİNFO.AZ

Final oyunundan sonra "Qarabağ"lı futbolçuların sevincini əks etdirən görüntülərə aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti