COP29

Qurban Qurbanov üçün yad olmayan İstanbul nəhəngi - VİDEO

22 Mart 21:15 Qarabağ 948
Qurban Qurbanov üçün yad olmayan İstanbul nəhəngi - VİDEO

"Türkiyə Super Liqasına çox baxıram. Təbii ki, daha çox Türkiyə milli komandasına azarkeşlik edirik. Bütün oyunlarını izləyirik".

Bu fikirləri bir müddət əvvəl Türkiyə mətbuatına açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dilə gətirib.

Son günlər isə təcrübəli mütəxəssisin adı İstanbul nəhəngi "Beşiktaş"la hallanır.

İddialar var ki, qardaş ölkə təmsilçisi onun xidmətində maraqlıdır.

Bu məlumatların nə qədər doğru olduğunu və ya Qurbanovun "Beşiktaş"da çalışmağa razılıq verib-verməyəcəyini demək çətindir.

Lakin indidən deyə bilərik ki, "Qarabağ"ın çalışdırıcısı "qara qartallar"ın başına keçsə, heç də yad kluba getmiş sayılmayacaq.

Axı 51 yaşlı çalışdırıcı həm də "Beşiktaş" fanatıdır.

O, bu barədə etirafını məhz həmin müsahibədə türkiyəli həmkarlarımıza edib:

"Bunu da deməliyəm ki, daha çox "Beşiktaş"a azarkeşlik edirəm (gülür). Amma digər türk klublarına da Avropada öz klubumuz kimi azarkeşlik edirik".

XANOĞLAN / SPORTİNFO.AZ

Haqqında bəhs etdiyimiz çıxışa aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq