«Qurban Qurbanov sanki mühəndisdir».
Bu fikir futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Qarabağ»ın baş məşqçisi haqda maraqlı iddia səsləndirib.
Tanınmış teleşərhçi Qurbanovu «Ferrari» ilə yarışmaq istəyən «Ford»a bənzədib:
«Yəqin ki, bundan bəhs edən filmə baxmısız. Filmdə göstərilir ki, «Ford»un mühəndisləri «Ferrari» ilə rəqabət aparmaq üçün necə baş sındırırlar.
Qurban Qurbanov da həmin mühəndislər kimi «Qarabağ»ı Avropanın brend komandaları ilə başbaşa mübarizə aparmağa hazırlayır.
O sürətlə ayaqlaşmaq üçün çalışır. Əlbəttə, mən bu gün bu fikirdəyəm ki, «Bayer» göstərdiyi oyunla boyundan yuxarı tullanır».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

