“Baş verənləri necə adlandıracağımı bilmirəm.
Oyunun gedişatı tamamilə bizə qarşı idi".
Sportinfo.az "Kicker"ə istinadən xəbər verir ki, bu sözləri "Bayer"i kapitanı Robert Andrix UEFA Avropa Liqasının 1/8 finalının "Qarabağ"la cavab matçından sonra deyib.
Almaniyalı yarımmüdafiəçi son dəqiqə qolu ilə qalib gəlmələrinə baxmayaraq, "Qarabağ"dan daha yaxşı formada olduqlarını qeyd edib:
"Şikin qələbə qolundan sonra düşündüm: "Biz bunu yenə etdik?"
Əla komandamız var. “Qarabağ”dan qat-qat yaxşı formada idik.
Nəticə gözəldir, amma tez-tez oyunun taleyini əlavə vaxtda həll etmək bizə lazım deyil. Məncə, azarkeşlərin də buna ehtiyacı yoxdur.
Çünki "Qarabağ"la oyunda azarkeşlərin ürəyi bir-iki dəfə dayandı. Mən 3:0 hesablı qələbəni daha üstün tutardım. Çünki hər dəfə belə sehrli sonluq ola bilməz".
"Qarabağ"la "Bayer" arasında Bakıda keçirilən oyunda 2:2 hesabı qeydə alınıb.
Leverkuzendə ötən gecə oynanılan görüşdə isə "Qarabağ" 2:0 hesabı ilə öndə olsa da, son dəqiqələrdə buraxdığı qollara görə uduzub və iki oyunun nəticəsinə əsasən (2:3, 2:2), mübarizəni dayandırıb.

