"Qarabağ" yarımfinalda

21 Mart 2024 01:50 Qarabağ 586
"Qarabağ" yarımfinalda

Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirində yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu komanda 1/4 finalda “Baltika” ilə görüşüb.

Matçın taleyini bir qol həll edib. 1:0 hesablı qələbə qazanan “Qarabağ” yarımfinala adlayıb. Oyunda yeganə qolu 32-ci dəqiqədə Cavidan Əlizadə vurub.

"Qarabağ"ın növbəti rəqibi “Pskov” olacaq. Matç bu gün keçiriləcək.

U-14 qrup mərhələsində Rusiya təmsilçiləri “Lavina”ya 6:0, “Rotor”a 2:0 hesabı ilə qalib gəlib, ardınca ” Belarus BATE-si ilə görüşdən xalsız ayrılıb – 0:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti