"Qarabağ"dan ayrılıb, "Levski" ilə müqavilə imzalayacaq?

20 Mart 2024 23:20 Qarabağ 11 266
"Qarabağ"dan ayrılıb, "Levski" ilə müqavilə imzalayacaq?

"Levski" (Sofiya) "Qarabağ"ın ffransalı legioneri Adama Diakabini istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə Bolqarıstanın "Тема Спорт" portalı məlumat yayıb.

Məlumata görə, Sofiya klubu mövsümün sonuna qədər fransalını izləyəcək. Mövsümün sonunda isə onu heyətinə qatmağa çalışacaq.

27 yaşlı vingerin “Qarabağ”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Diakabi “Renn”, “Monako”, “Haddersfild”, “Nottingem”, “Amyen”də oynadıqdan sonra 2023-cü ilin yanvar ayında “Qarabağ”a keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti