"Qarabağ"ın ən böyük problemi odur ki… SƏMİMİ VİDEO

20 Mart 2024 16:30 Qarabağ 1 544
"Qarabağ"ın ən böyük problemi odur ki… SƏMİMİ VİDEO

Tanınmış televiziya jurnalisti Ceyhun Rzayev «Qarabağ»ın Avropa Liqasında göstərdiyi performansı dəyərləndirib.

Aparıcı bu barədə «yutub» kanallarından birinə danışıb.

O, qitənin ikinci dərəcəli klub turnirində 1/8 final mərhələsinədək irəliləyən Ağdam təmsilçisinin son anda «Bayer»ə uduzmasının səbəbini Azərbaycan Premyer Liqasının səviyyəsinin aşağı olmasıyla əlaqələndirib.

«Qarabağ»ın üzərinə götürdüyü yükü ağırlıqqaldırma ilə məşğul idmançıyla müqayisə edən müsahib bildirib ki, ölkə çempionatında güclü rəqiblərin sayının azlığı Qurban Qurbanovun çalışdırdığı komandanın qitəmiqyaslı yarışlarda daha da irəli getməsini əngəlləyir.

Rzayev qeyd edib ki, «köhlən atlılar» hər il Premyer Liqada asanlıqla çempion tituluna yiyələnir, amma bunun fəsadları avrokuboklarda gec-tez özünü göstərir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti