"Almaniyada mənə orta barmağı göstərirdilər" - "Qarabağ"lı başına gələnləri danışdı

19 Mart 01:00 Qarabağ 8 573
"Almaniyada mənə orta barmağı göstərirdilər" - "Qarabağ"lı başına gələnləri danışdı

"Qarabağ"ın qolkiperi Andrey Lunyov Rusiya mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, o, "Bayer"də oynadığı dönəmi xatırlayaraq almanların ruslara olan münasibətindən söhbət açıb:

"Komandada nəsə hiss edilmirdi. Çünki fərqli ölkələrdən olan futbolçularımız var idi.

Şəhərdə. yollarda isə insident baş verirdi. Təxribatlar, ifadələr, jestləri deyirəm.

Onlar rus olduğumu hardan bildilər? Rusiya nömrəli maşın sürürdüm. Maşınımı Almaniyaya gətirmişdim. Mənə orta barmaq göstərirdilər".

Andrey Lunyov 2021-ci ildə "Zenit"dan ayrılaraq Almaniya Bundesliqasına yollanıb və burada "Bayer"lə müqavilə imzalayıb.

O, Leverkuzen klubunda ümumilikdə 4 oyun keçirib. 2023-cü ilin yayında isə rusiyalı qapıçı "Bayer"i azad agent kimi tərk edərək “Qarabağ”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"