Qarabağdan VƏD: "Növbəti mövsümdə daha böyük işlər görəcəyik"

18 Mart 2024 23:20 Qarabağ 856
Qarabağdan VƏD: "Növbəti mövsümdə daha böyük işlər görəcəyik"

“Qarabağ”ın Avropadakı oyunlarında bütün yerli klubların azarkeşlərinin bizi dəstəkləməsi, bizə hörmət etməsi çox xoşuma gəlir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın legioneri Marko Veşoviç Monteneqronun “Vijesti.me” nəşrinə açıqlamasında deyib.

Monteneqrolu müdafiəçi klub və komanda yoldaşları haqqında maraqlı fikirlər səsləndirib.

O, ilk öncə Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə (3:2) uduzmalarından danışıb:

“Rəqiblə gücümüz bərabər olsaydı, daha da irəli gedərdik. Keyfiyyət baxımından Avropanın zirvəsinə aid olduğumuzu göstərdik.

İnanıram ki, növbəti mövsümdə avrokubokdakı nəticəni təkrarlayacağıq. Hətta daha böyük işlər görəcəyik.

Komandaya üstünlük yaratdığım o iki hərəkət (qol ötürmələri), nə məşqdə, nə də futbol məktəblərində öyrədilir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti