COP29

"Qarabağ"ı pis vəziyyətdə buraxdı, dostları dərdinə şərik çıxdı

23 Mart 11:05 Qarabağ 6 384
"Qarabağ"ı pis vəziyyətdə buraxdı, dostları dərdinə şərik çıxdı

Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer 04"lə cavab matçında qırmızı vərəqə alması ilə yadda qalan "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev öz instaqram hesabından paylaşım edib.

Qarşılaşmadan olan fotolarını izləyiciləri ilə bölüşən futbolçu "hər şey sənin əlində olmayanda..." sözlərini yazıb.

Hələ də həmin anı unuda bilməyən müdafiəçini komanda yoldaşları, azarkeşlər təsəlli ediblər.

Düzdü, məğlubiyyətdə onu qınayanlar yenə olub.

Lakin əksəriyyət pozitiv notda yazdığı rəylərlə Cəfərquliyevə dəstək nümayiş etdiriblər:

"Elvinin nə qədər səviyyəli, usta oyunçu olduğunu Toral onunun mövqeyinə keçəndən sonra bir daha gördük".

"Sənlik bir şey yoxdur. Başını dik tut"

"Qürurumuzsan".

"Canavarsan".

"Elvin, bu oyunlarda sən çox böyüdün. Biz sənə inanırıq".

Daha çoxunu edəcəyinə inanırıq. Sən sadəcə möhtəşəmsən".

"Yazılanlara fikir vermə. Həqiqətən, Azərbaycanın ən güclü cinah müdafiəçilərindən birisən. Qismətdə bura qədər imiş. Gələn sezon "Qarabağ" daha uğurlu tarix yazacaq".

"Sən bizim üçün qalibsən".

"Canın sağ olsun, Elvin".

"Kişi kimi döyüşdünüz". "Sən mükəmməlsən, Elvin".

"Belə olmasını istəməzdin. Qismət belə imiş".

"Ruhdan düşmə, uğurlar hələ çox olacaq".

XANOĞLAN / SPORTİNFO.A

Digər Xəbərlər
Xəbər Lenti