Azərbaycan klublarının böyüyü

9 Mart 2024 19:40 Qarabağ 951
Azərbaycan klublarının böyüyü

Və yenə də şans düşdü!

Juninyo sürətdə müdafiəçiləri keçib qapıçıyla üzbəüz qaldığı anda topa «paraşüt», yaxud yüngülvari toxunuş etsəydi, 2 topluq fərq bərpa olunacaqdı.

Braziliyalı hücumçu asan qərar vermədi, bundan həm yoldaşları, həm də özü əziyyət çəkdi.

Təəssüflənməyə məqam tapmadı, ayağını tutaraq meydandan çıxdı.

Bu, «Qarabağ»ın son akkordu idi. «Bayer» bir qədər əvvəl ehtiyat skamydan qalxıb gələn Şiklə hesaba tarazlığını qoydu.

Üçüncü qolu da vura bilərdilər, yaxşı ki, başla yaxın məsafədən endirilən zərbə qapının yanından keçdi.

Hesab nə olur olsun, «Qarabağ»a alqış deməliyik. Birini də üstəlik.

Çempionumuz sözün həqiqi mənasında Avropanın ən formada olan komandasına çətin anlar yaşatdı, klass göstərdi.

Dözmək lazım idi, di gəl, Qurban Qurbanovun planı 60-70 dəqiqə işlədi, futbolçular toplu və topsuz qaçmağın ağırlığını üzərindən atmağa çatdırmadı.

Yenə də şans var, bəli. Cütün müqəddəratı gələn həftə Leverkuzendə bəlli olacaq.

«Qarabağ»ın aylar öncə orada edə bilmədiyini bu dəfə bacaracağına inanaq! İnanaq ki, «Qarabağ» fırtınası növbəti dəfə Avropa səmasını bir-birinə qarışdırsın.

Sağ olun, hoca!

Sağ olun, uşaqlar!

Sağ olun, «Qarabağ» camiəsi!

Həqiqətən böyüksüz

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti