Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 final mərhələsi çərçivəsində Almaniya Bundesliqasının lideri “Bayer”lə üz-üzə gəlib.
Leverkuzen təmsilçisinə qrup mərhələsində iki dəfə uduzan (1:5, 0:1) “Qarabağ” doğma divarlar arasında güclü rəqibi büdrətməyə çalışıb.
Dörd qolun qeydə alındığı qarşılaşmada Ağdam klubu qələbəni əldən verib.
Bu komandalar arasında cavab oyunu martın 14-də Leverkuzendə keçiriləcək.

