"Qarabağ" hücumda çox güclü, müdafiədə bir az zəifdir"

7 Mart 2024 16:20 Qarabağ 558
"Qarabağ" hücumda çox güclü, müdafiədə bir az zəifdir"

"Bayer"in futbolçusu Robert Endrix Avropa Liqası 1/8 final mərhələsinin "Qarabağ"la matç haqda danışıb.

Sportinfo.az 29 yaşlı almaniyalı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

"Qarabağ" hücumda çox güclüdür. Müdafiədə isə bir az zəifdirlər.

Amma çətin oyun olacaq, çoxlarının təsəvvür etdiyi kimi asan olmayacaq. İlk matçı səfərdə keçirməyimizi üstünlük hesab edirəm.

Təbii ki, səfər qolları qaydası artıq mövcud deyil. Çox istərdim ki, evdə, "Bay Arena"da növbəti mərhələyə adlaya bilək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti