"O zaman göz yaşını gördük" - Qurban Qurbanov “Qarabağ”dan istefa ərizəsini niyə yazıb?

5 Mart 2024 17:20 Qarabağ 1 804
"O zaman göz yaşını gördük" - Qurban Qurbanov “Qarabağ”dan istefa ərizəsini niyə yazıb?

"2012-ci ildə “Qarabağ” AZAL-a 6:2 hesabla məğlub olanda Qurban Qurbanov istefa ərizəsi yazdı.

Həmin oyunda uğursuzluq olsa da, rəhbərliyin ona böyük inamı vardı.

Qurban Qurbanovun bu addımından sonra komanda silkələndi və özünə gəldi".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov deyib.

Bədavi Hüseynov bildirib ki, “Qarabağ” ölkə çempionu olanda Qurban Qurbanovun ilk dəfə ağladığının şahidi olub:

“O zaman göz yaşını gördük. Bu, nadir hadisə idi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti