“Neftçi”yə qalib gəldik, artıq “Bayer”i düşünməliyik”

5 Mart 2024 00:50 Qarabağ 446
“Neftçi”yə qalib gəldik, artıq “Bayer”i düşünməliyik”

“Prinsipial oyun idi.

“Neftçi” ilə matçlarımız həmişə maraqlı keçir. Bu qarşılaşma da istisna olmadı”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Bədavi Hüseynov deyib.

Təcrübəli müdafiəçi Premyer Liqanın 25-ci turunda “Neftçi” üzərində qazanılan 4:1 hesablı qələbəni belə şərh edib:

“İlk hissə tam istədiyimiz kimi keçmədi. Amma fasilədən sonra oyun daha gərgin idi. Çoxlu hücum edirdik.

Hesabda önə keçdikdən sonra daha açıq oyun getdi. Yekunda qalib gəldik.

Artıq “Bayer”lə oyunu düşünməliyik. Bu görüş həmin matçdan öncə yaxşı təcrübə idi”.

B.Hüseynov matçın taleyini vurduqları 3-cü qolun həll etdiyini qeyd edib:

“Neftçi” fərqi azaltdıqdan sonra təzyiqi daha da artırdı. Hesab 1:2 olanda onlar ard-arda təhlükəli künc zərbələri yerinə yetirirdilər.

Buna görə də sona kimi matç çox gərgin alındı. Arxayınlaşmadıq, sona qədər mübarizə apardıq. Vurduğumuz üçüncü qol həlledici oldu”.

O, 25 turdan sonra ikinci pillədəki "Səbail"dən 23 xal öndə olmalarına belə münasibət bildirib:

“Bəli, fərq çoxdur. Amma arxayınlaşmaq olmaz. Avropada da çıxışımızı davam etdiririk.

Eləcə də ölkə kuboku var. Hər matça maksimum dərəcədə köklənmək lazımdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti