“Heç bir səhvə yol verməyib, onu tənqid edənlər indi yoxa çıxıb“

6 Mart 2024 01:00 Qarabağ 723
“Heç bir səhvə yol verməyib, onu tənqid edənlər indi yoxa çıxıb“

“O, nə çempionatda, nə də avrokuboklarda “Qarabağ”ın xal itirməsinə səbəb olacaq bir səhv edib“.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov Rusiya mətbuatına açıqlamasında deyib.

Agent iddia edib ki, rusiyalı qapıçı Ağdam təmsilçisinin heyətində keçirdiyi 22 qarşılaşmanın heç birində kobud səhvə yol verməyib:

“Bu görüşlərin hamısında 7-dən çox reytinq xalı alıb. Qurtarışların sayına görə UEFA reytinqində isə birinci pillədədir.

O, “Qarabağ”a keçməzdən öncə tənqidlər olduqca çox idi. Buna görə qınayanlar da var idi. Lakin onu tənqid edənlər indi yoxa çıxıblar.

Həmin şərhçilər mənfi fikir bildirmək üçün Andreyin kiçik bir səhvini gözləyirlər. Sevindirici haldır ki, hazırda müsbət fikir bildirənlər çoxluq təşkil edir.

Əslində, onun çıxışını müzakirə etmək düzgün deyil. Çünki nəticələr və statistika göz qabağındadır.

Lunyovun “Qarabağ”a gəlişi ilə klub özünü matçlarda daha inamlı hiss edir”.

Andrey Lunyov bu mövsüm “Qarabağ”ın heyətində 23 oyun keçirib, 30 qol buraxıb, 8 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti