Türkiyənin məşhur mətbuat orqanı “Qarabağ”ın zəfərini “Yuxu kimi sonluq“ adlandırdı

4 Mart 2024 08:30 Qarabağ 863
Türkiyənin məşhur mətbuat orqanı “Qarabağ”ın zəfərini “Yuxu kimi sonluq“ adlandırdı

“Qarabağ”ın Avropa Liqasında Portuqaliya “Braqa”sını mübarizədən kənarlaşdıraraq 1/8 finala vəsiqə qazanması Türkiyə mətbuatının da diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, qardaş ölkə mediası Azərbaycan çempionunun tarixi zəfərinə geniş yer ayırıb.

Onların arasından ən maraqlı sərlövhələri təqdim edirik:

“Beinsports”: “Qarabağ”dan inanılmaz geridönüş”.

“Ajansspor”: “Nağıl kimi: “Qarabağ” UEFA Avropa Liqasında “Braqa”nı mübarizədən kənarlaşdırdı”.

“Sözcü”: “Qarabağ” Avropa Liqasında tarix yazdı”.

“Milliyet”: “Qarabağ” “Braqa” maneəsini əlavə vaxtda aşdı”.

“Haber Global”: “Qarabağ” “Braqa”nı devirərək UEFA Avropa Liqasında tarix yazdı”.

“Akşam”: “Qarabağ”dan tarixi nailiyyət”.

“Mynet”: “Qarabağ” tarix yazdı! Avropa Liqasında möcüzəvi nəticə”.

“NTV Spor”: “Yuxu kimi sonluq: “Qarabağ” “Braqa”nı əlavə vaxtda keçdi”.

Portuqaliyadakı ilk oyunda “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ” cavab matçında 2:3 hesablı məğlubiyyətə baxmayaraq, iki görüşün nəticəsinə (6:5) əsasən, tarixində ilk dəfə Avropa Liqasında 1/8 finala yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti