"Komandamızın baş məşqçisindən bu barədə soruşmağı qeyri-etik sayıram"

4 Mart 2024 02:00 Qarabağ 2 540
"Komandamızın baş məşqçisindən bu barədə soruşmağı qeyri-etik sayıram"

“Hazırda Lunyov Rusiyanın ən yaxşı qapıçısı hesab olunur. O, bu mövsüm karyerasının yüksəliş dövrünü yaşayır”.

Sportinfoaz xəbər verir ki, bu sözləri “Qarabağ”ın qolkiperi Andrey Lunyovun meneceri Anton Smirnov Rusiya mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Rusiya millisinin məşqçiləri 32 yaşlı qolkiperi yaxından izləyirlər:

“Yığmamızın qapıçılar üzrə məşqçisi Vitali Kafanov Andrey ilə daim əlaqə saxlayır. O, ümumiyyətlə, bütün qapıçıları analiz edir.

Andreyin oyunlarını Kafanovla müzakirə edirik və o, həmişə müsbət rəylər verir. Çünki “Qarabağ”la birlikdə Avropa Liqasının 1/8 finalına yüksəldi.

Komandamızın baş məşqçisindən bu barədə soruşmağı qeyri-etik hesab edirəm. Ötən ilin noyabr ayında millinin oyununa dəvət almışdı, lakin “Bayer” ilə matçda aldığı zədə səbəbindən heyətdə yer almadı.

İndi isə hər şey qaydasındadır. Yaxşı ki, özünü toparladı və tez sağaldı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti