Adını bütün Avropaya duyuran azərbaycanlı hücumçu Türkiyənin məşhur klubunda? - VİDEO

4 Mart 2024 01:00 Qarabağ 11 743
Adını bütün Avropaya duyuran azərbaycanlı hücumçu Türkiyənin məşhur klubunda? - VİDEO

"Qarabağ”ın gənc hücumçusu Nəriman Axundzadə klubdan gedə bilər.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının 1/16 finalında "Braqa”ya vurduğu qolla "köhlən atlar”ın qələbəsində əsas pay sahibi olan N.Axundzadəni "Başakşəjərr” yaxından izləyir.

Yerli mediada yayılan məlumata görə, Türkiyə komandası 19 yaşlı futbolçu üçün ağdamlılarla danışıqlara başlamaq niyyətindədir. Lakin "Qarabağ”ın bu keçidə necə yanaşacağı isə hələ ki, məlum deyil.

Nəriman Axundzadə 2022-ci ildən əsas heyətdə çıxış edir.

Bu müddət ərzində 40 matçda meydana çıxan və səkkiz qola imza atan forvard Ağdam təmsilçisi ilə ölkə çempionatında da qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti