Əslən gürcüstanlı bloger Nuqzar Kvirtiya “Qarabağ” haqda növbəti vloqunu təqdim edib.
Vaxtilə Azərbaycan Premyer Liqasında top qovmuş sabiq futbolçu ağdamlıların “Braqa” ilə Bakıdakı matçı ilə bağlı maraqlı süjet hazırlayıb.
Nuqzar çəkiliş ortağı Tamerlan İmanovla birlikdə 90 dəqiqə ərzində yaşananları parodiya edib.
Vurulan 5 qol, Elvin Cəfərquliyevlə Elçin Rəhmanova göstərilən sarı vərəqə, Qurban Qurbanova edilən sarı vərəqə xəbərdarlığı...
Rolların ustalıqla yerinə yetirilməsi “Qarabağ”lı futbolçuların, xüsusən də legionerlərin ürəyincə olub. Əcnəbilər Kvirtiyanın sosial şəbəkə hesabındakı paylaşıma müxtəlif rəylər yazıb, həmin videonu öz səhifələrində paylaşıblar.
Buyurun, siz də baxın.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

