“Bayer”lə matçda maksimum nəticə qazanmağa çalışacağıq".
Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə (Leverkuzen) qarşı keçirəcəkləri oyunlarla bağlı danışarkən deyib.
O, bildirib ki, yenidən Azərbaycan xalqını möhtəşəm qələbə ilə sevindirmək üçün əllərindən gələni edəcəklər:
“Artıq bu mövsüm bir dəfə “Bayer”lə Avropa Liqasının qrup mərhələsində qarşılaşmışıq. Rəqibi tanıyırıq.
Onların nə qədər güclü olmağına baxmayaraq, hər şey meydanda həll olunur. “Braqa” ilə oyundakı ssenarini “Bayer”ə qarşı da təkrarlamaq istəyirik. Hədəf mərhələ adlamaqdır”.

