“Braqa”dakı ispanın Bakıda “Qarabağ“a vurduğu qol ayın ən yaxşısı seçildi

3 Mart 2024 22:55 Qarabağ 539
“Braqa”dakı ispanın Bakıda “Qarabağ“a vurduğu qol ayın ən yaxşısı seçildi

“Braqa"nın futbolçusu Alvaro Calonun Avropa Liqasının pley-off mərhələsinin cavab matçında Bakıda “Qarabağ”ın qapısına vurduğu qol ən yaxşı seçilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Braqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspaniyalı yarımmüdafiəçinin görüşün 83-cü dəqiqəsində Andrey Lunyovun qoruduğu qapıdan keçirdiyi top “Braqa”da fevral ayının komandanın ötən ay vurduğu qolları sırasında birinci yerə layiq görülüb.

Portuqaliyadakı ilk oyunda “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ” cavab matçında 2:3 hesablı məğlubiyyətə baxmayaraq, iki görüşün nəticəsinə (6:5) əsasən, tarixində ilk dəfə Avropa Liqasında 1/8 finala yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti